XƏBƏRLƏR

ADU-da “XVI əsr fransız ədəbiyyatı” adlı tədbir keçirilib

16 noyabr, 2017

Noyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə “XVI əsr fransız ədəbiyyatı” adlı tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Bakı Fransız liseyinin direktoru Filip Siro Fransada məktəblər, keçirilən xarici dillər, Azərbaycanda gənclərin bir neçə xarici dildə danışa bilməsi və onların dilöyrənmə qabiliyyətlərindən danışıb.

Liseyin müəllimi Jan Luk Dübröy XVI əsr Fransa tarixindən, ərazisindən, həmin dövrdə Fransa ətrafında baş verən hadisələrdən danışaraq tələbələri Avropanın bəhs edilən dövrdəki xəritəsi ilə tanış edib. J.Dübröy həmçinin Fransa kralları olmuş I Fransuadan, IV Henridən, onların dövründə rəssamlığın, musiqinin, ədəbiyyatın inkişafından, mədəniyyət nümunələrindən və tarixi abidələrdən, bu dövrdə baş verən dini müharibələr, cərəyanlar, ədəbiyyatçılardan, onların həyat və yaradıcılığından bəhs edib.

Pier Dö Ronsar, Luiz Labe, Moris Ssev kimi şairlərin şeirlərini söyləyən Jan.Dübröy tədbirin sonunda tələbələrin suallarını cavablandırıb.