XƏBƏRLƏR

Valideynlər ADU-da olublar

18 sentyabr, 2017

Sentyabrın 15-də 2017-2018-ci tədris ilində Azərbaycan Dillər Universitetinə qəbul olunmuş tələbələrin valideynləri universitetdə olublar.

Universitetin məsul şəxsləri onları tematik plana uyğun fotolar asılmış dəhlizlər və tədris auditoriyaları ilə tanış ediblər. Bundan başqa, valideynlər yeni yaradılmış Ulu öndər Heydər Əliyev adına lektoriya və universitetin muzeyi ilə tanış olublar.

Göstərilən diqqətə görə universitetin rəhbərliyinə öz təşəkkürünü bildirən valideynlər övladlarının bu cür mötəbər ali təhsil ocağında təhsil alacaqlarına görə şad olduqlarını bildirib, tələbələrin ümidləri doğruldacağına əminliklərini ifadə ediblər.