
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Alman dilinin tərcüməsi, Fransız dilinin tərcüməsi və İspan dilinin tərcüməsi kafedralarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Yazılı və ardıcıl tərcümə” mövzusunda iki mərhələli müsabiqə keçirilib.
Müsabiqənin qaliblərinə Tərcümə fakültəsinin dekanı Zərinə Aslanova tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.