XƏBƏRLƏR

ADU-da Şərq və Qərb ölkələri arasında psixoloji fərq müzakirə olunub

04 may, 2017
Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Şərq və Qərb ölkələri arasında psixoloji fərq” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətinin əməkdaşı, ADU-nun Filologiya və Jurnalistika fakültəsinin 140-cı qrup tələbəsi Lalə Əsədova və “Loqos” psixoloji və nitq inkişaf mərkəzi, eyni zamanda Psixoloji xidmət və tədqiqatlar İctimai Birliyinin marketinq və planlaşdırma üzrə direktoru Günel Axundovanın birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə G.Axundova mərkəzin və İctimai Birliyin yaranması haqqında məlumat verib. Təmsil etdiyi qurumun fəaliyyəti barədə danışan G.Axundova keçirilən tədbir və layihələrdən bəhs edib. Daha sonra psixoloq-psixoterapevt Elmir Əkbər Şərq və Qərb ölkələri arasında psixoloji fərq barədə ətraflı məlumat verib. O, həmçinin ailədaxili münasibətlər haqqında danışıb. Dəyirmi masa tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.