ADU-da fransız dilində Yeni il bayramı keçirilib
Dekabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni il bayram tədbiri keçirilib. Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin Pedaqoji (ingilis dili-fransız dili), Tərcümə, Filologiya və Jurnalistika fakültələrinin fransız dili üzrə təhsil alan tələbələrinin ifasında bayrama aid şeirlər səsləndirilib, mahnılar ifa olunub.
Tədbiri yüksək qiymətləndirən Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi Mate Jervez və universitetlərarası əlaqələr üzrə məsul şəxsi, “Campus France” agentliyinin əməkdaşı Mino Batist tələbələri qarşıdan gələn bayram münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, tədbirdə Bakı Avropa Liseyinin şagirdləri də fransız dilində musiqi nömrələri səsləndiriblər.