XƏBƏRLƏR

ADU-nun müəllim və tələbələri 44 filmini izləyiblər

23 noyabr, 2026

Noyabrın 21-də Filologiya fakültəsinin dekanı dos. Aynur Budaqova, Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının dosenti Gilə Hüseynova, müəllimi Həmidə Əliyeva, tyutorlar Fəridə Cəfərova, Aysel Əhmədova, Samirə Qasımova və Nərmin Süleymanova, eləcə də fakültənin müxtəlif ixtisas və kursları üzrə təhsil alan tələbələri 44 filmini izləyiblər.

Film nümayişi iştirakçılara tarixi hadisələrə, milli yaddaşa və xalqımızın keçdiyi mübarizə yoluna kino sənətinin dili ilə bir daha nəzər salmaq imkanı yaradıb. Belə görüşlər tələbələrin tarixi-mədəni irsimizə marağının artırılması, milli-mənəvi dəyərlərin təbliği və müəllim-tələbə ünsiyyətinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.