ADU-da video tapşırıqlara dair seminar keçirilib
Noyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və fransız dilləri fakültəsinin İngilis dilinin tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vəfa Bağırovanın “Video tapşırıqlar vasitəsilə problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda seminarı keçirilib.
Seminarda video materiallardan tədris prosesində səmərəli istifadə yolları, tələbələrdə tənqidi və yaradıcı düşünmə, analiz etmə və müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub. İştirakçılara video tapşırıqlar əsasında problemli situasiyaların təhlili və onların həlli yolları ilə bağlı praktiki nümunələr təqdim edilib.
Seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbirin əhəmiyyəti vurğulanıb.
Seminarda fakültə dekanı, dosent, filologiya üzrə fəlsəfə doktoru Vəfa Babayeva və kafedra müdiri, dosent, pedaqogika üzrə fəlsəfə doktoru Günay Şirəliyeva da iştirak edərək müzakirələrə öz töhfələrini verib, seminarın gedişini və nəticələrini dəyərləndiriblər.







