ADU-da Konstitusiya və milli dəyərlərə həsr olunmuş tədbir keçirilib
Noyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi nəzdindəki Azərbaycan ədəbiyyatı və Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedralarının birgə təşkilatçılığı ilə Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə akademik Muxtar İmanov açıq elan edib.
Tədbir çərçivəsində Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Suğra Ələkbərli “Konstitusiyada dövlət dili məsələsi” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının müəllimi Ləman Məmmədli “Konstitusion dəyərlər və gənc nəslin vətəndaşlıq tərbiyəsi”, kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Turan Kərimli “Azərbaycanda yaşayan etnik azlıqların təhsil hüququ” mövzularında çıxış ediblər.
Tədbirdə, həmçinin Filologiya fakültəsinin 249A qrupunun tələbəsi Nuray Hüseynzadə “Konstitusiya, milli kimlik və qloballaşma: müasir çağırışlar və milli dəyərlər”, 355A qrupunun tələbəsi Həmzəzadə Zəhra isə “Azərbaycan Respublikasının Konstitusiyasında təhsil məsələləri” mövzularında təqdimatlarla çıxış ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan hüquq və azadlıqlar, dövlət dili, milli kimlik, təhsil hüququ və vətəndaşlıq dəyərlərinin əhəmiyyəti müxtəlif aspektlərdən nəzərdən keçirilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda akademik Muxtar İmanov ümumiləşdirici çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.



















