XƏBƏRLƏR

ADU-nun tələbəsi Kırıkkale Universitetindən təqaüd qazanıb

15 oktyabr, 2026

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq (Amerika üzrə) ixtisasının III kurs tələbəsi, dərs əlaçısı Dunay Mahmudova 2026-2027-ci tədris ilinin birinci semestrində Türkiyə Respublikasının Kırıkkale Universitetində təhsil almaq hüququ qazanıb.  

Tələbəmiz  “Türkiyə Uluslararası Değişim Burs Proqramı” (TIES) çərçivəsində Kırıkkale Universitetinin İktisadi və İdari Bilimler fakültəsinin  “Uluslararası İlişkilər” bölüməsində bir semestr müddətində təhsil alacaq.

Bu akademik mübadilə tələbəmizin beynəlxalq akademik təcrübəsinin genişlənməsi, ixtisası üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Türkiyənin ali təhsil mühiti ilə yaxından tanış olması baxımından əhəmiyyət daşıyır.

 Dunay Mahmudovaya akademik fəaliyyətində uğurlar arzulayırıq.