Məşhur idman ustası ADU Radio-nun qonağı olub
12 oktyabr, 2026
Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti Fariz Abdullayev Azərbaycan Dillər Universitetinin (ADU) “ADU Radio”sunun qonağı olub.
“Sport pulse” layihəsi çərçivəsində keçirilən görüşdə Fariz Abdullayev ölkəmizdə Real Aykido idman növünün cari vəziyyəti, gənclərin idmana cəlb olunması və federasiyanın qarşıda duran hədəfləri barədə danışıb. Bildirilib ki, bu döyüş sənəti gənclərin fiziki və mənəvi inkişafında xüsusi rol oynayır.
Görüş zamanı mövzu ətrafında sual-cavab da keçirilib.
Qeyd edək ki, Fariz Abdullayev Real Aykido üzrə 5-ci Dan qara kəmər, Krav Maga üzrə 4-cü Dan qara kəmər, Budo üzrə 2-ci Dan qara kəmər ustasıdır.