ADU müəllimi beynəlxalq forumda iştirak edib
Oktyabrın 5-də Bakı Dövlət Universitetində “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumu keçirilib.
Azərbaycan Dillər Universitetinin İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının filologiya üzrə fəlsəfə doktoru, universitetdaxili dosenti Leyla Qocayeva forumda iştirak edib.
Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” Təhsil İşçilərinin Təcrübə və Kommunikasiya Platformasının təşkilatçılığı ilə keçirilən forumda təhsildə yeni çağırışlar, emosional balans, şüurlu qavrayış və rifah, məktəb mühitinin pedaqoji dizaynı, davranış memarlığı və rəqəmsal pəhriz kimi aktual mövzular müzakirə olunub.
Forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin müəllimi və yazıçı Anuşirvan Miancı, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Quriyev və digər spikerlər çıxış ediblər. Tədbir çərçivəsində professor Ziya Selçukla sual-cavab sessiyası da keçirilib.





