ADU-da tədris yükünün müəyyənləşdirilməsinə dair iclas keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) tədris yükünün 40 faizinin elmi fəaliyyət göstəriciləri əsasında müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib. İclasa Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyeva sədrlik edib.
İclasda Tədris məsələləri üzrə prorektor, dosent Şəfəq Şahməmmədova, Elm şöbəsinin müdiri, dosent Sevda İmanova, Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov, İnsan resursları şöbəsinin müdiri, dosent Məmməd İsmayılov, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, dosent Fatma Qurbanzadə, rektorun maddi-texniki və maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva, eləcə də Elmi Kitabxana İnformasiya Xidməti Mərkəzinin (EKİXM) rəhbəri Cəmilə Əliyeva iştirak ediblər.
İclas zamanı kafedralar və Elm şöbəsi tərəfindən təqdim edilmiş siyahılar nəzərdən keçirilib, elmi fəaliyyət göstəriciləri müzakirə olunub, tədris yükünün müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda təqdim olunan məlumatlar əsasında müvafiq qərarlar qəbul edilib, növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

















