XƏBƏRLƏR

ADU-da dosent Qələmşah Heybətovun 70 illik yubileyi qeyd olunub

13 iyun, 2026

 Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən Xarici dillərin tədrisi metodikası kafedrasının filologiya üzrə fəlsəfə doktoru, dosent Qələmşah Nuru oğlu Heybətovun 70 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Sevinc Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Aynur Budaqova və kafedranın əməkdaşları iştirak ediblər.
Çıxış edənlər yubilyarı səmimi qəlbdən təbrik edərək onun elmi-pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və uzunillik əmək fəaliyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Qələmşah Heybətovun pedaqoji və elmi fəaliyyəti gənc nəslin yetişdirilməsi, eləcə də təhsil sahəsinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları yubilyara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Qələmşah Heybətovu 70 illik yubileyi münasibətilə təbrik edirik.