ADU-da fəlsəfə doktoru proqramı üzrə doktorluq minimum imtahanları keçirilir
04 iyun, 2026
Azərbaycan Dillər Universitetində (ADU) 2025/2026-cı tədris ili üzrə fəlsəfə doktoru proqramı çərçivəsində doktorluq minimum imtahanları keçirilir.
İyunun 4-dən 8-dək davam edəcək imtahanlar Kitabxana Resurs və İnformasiya Kompleksində mərkəzləşdirilmiş qaydada təşkil olunub.
Doktorluq minimum imtahanlarının keçirilməsində universitetin elmi işlər üzrə prorektoru, Doktorantura şöbəsinin müdiri, ixtisas fənləri üzrə imtahan komissiyalarının üzvləri, Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri və şöbənin nümayəndələri iştirak edirlər.
İmtahanlarda iştirak edən bütün doktorantlara uğurlar arzu edirik.









