ADU dosenti Vyanada keçirilən beynəlxalq yığıncaqda iştirak edib
Mayın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, Alman Dili Birliyinin Azərbaycandakı rəhbəri Gülənbər Pirnəzərova ADB-nin Vyanada keçirilən illik yığıncağında şagirdlərlə birlikdə Azərbaycanı virtual formatda təmsil edib.
Gülənbər Pirnəzərova çıxışında Azərbaycanda alman dilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər və inkişaf perspektivləri barədə məlumat verib, həmçinin yığıncaq iştirakçılarının suallarını cavablandırıb.
Yığıncaq çərçivəsində Bakı şəhəri 53 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fatimə Sultanlı və 10-cu sinif şagirdi Məryəm Hacıyeva, eləcə də Landau məktəbinin 6-cı sinif şagirdi Suleyman Mirzagayev alman dilində sülh mövzusunda qələmə aldıqları şeirləri səsləndiriblər.







