XƏBƏRLƏR

Tural Cəfərlinin şeirlər kitabının təqdimatı olub

25 may, 2026

Mayın 23-də Litera kitab mağazasında Azərbaycan Dillər Universitetinin (ADU)  əməkdaşı, Prezident təqaüdçüsü, şair  Tural Cəfərlinin “Elə ki darıxdın” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər.

Mərasimdə çıxış edənlərdən millət vəkili, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist Səlim Babullaoğlu, yazıçı İlham Əziz, yazıçı Nihat Pir, şair Vahid Əlioğlu, dosent  Nəsir Xankişiyev müəllifin ədəbi fəaliyyəti və kitabı haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, “Elə ki darıxdın” kitabı müasir oxucunun emosional dünyasına toxunan nümunələrdən biridir.

Tədbirdə müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlmə mərhələsi və gələcək ədəbi faəliyyəti ilə bağlı fikirlərini bölüşüb.

ADU-nun tələbəsi Zöhrə Əfəndizadə müəllifin şeirləri səsləndirilib.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə fotoları çəkdirilib.

Müəllifi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.