XƏBƏRLƏR

ADU-da İtaliya–Azərbaycan iqtisadi və mədəni əlaqələrinə həsr olunmuş görüş keçirilib

14 may, 2026

Mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) İtalyan dili mərkəzinin təşkilatçılığı ilə İtaliyanın Xarici Ticarət Agentliyinin (ICE) Azərbaycandakı ofisinin rəhbəri Cecilia Oliva universitetin qonağı olub. Görüşdə universitetin tələbələri və müəllimləri iştirak ediblər.

Tədbir zamanı qonaq İtaliya ilə Azərbaycan arasında mövcud iqtisadi və ticari əlaqələr, iki ölkə arasında əməkdaşlıq perspektivləri, eləcə də iki xalqın mədəniyyəti haqqında ətraflı məlumat verib. Cecilia Oliva çıxışında Azərbaycan və İtaliya arasında son illərdə inkişaf edən münasibətlərin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulayıb.

Görüş zamanı tələbələr İtaliya iqtisadiyyatı, mədəni əlaqələr və beynəlxalq əməkdaşlıq mövzularında onları maraqlandıran sualları ünvanlayıblar.

Tədbir interaktiv sual-cavab formatında davam edib.