XƏBƏRLƏR

ADU-da seçmə fənlərin təqdimatı ilə bağlı onlayn görüş keçirilib

13 may, 2026

Mayın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimləri tərəfindən BMR fakültəsinin Regionşünaslıq ixtisasının I kurs tələbələri ilə seçmə fənlərin seçimi ilə bağlı onlayn formatda görüş keçirilib.

Görüş zamanı tələbələrə II kursun I semestrində tədris olunacaq seçmə fənlər haqqında ətraflı məlumat verilib, onlara iki alternativ fənn – “İxtisas ölkəsinin ictimai-siyasi fikir tarixi” və “İxtisas ölkəsində sosial təlimlər” təqdim olunub. Hər iki fənnin sillabusları, qısa annotasiyaları və fənn proqramları tələbələrə təqdim edilərək onların məzmunu və tədris məqsədləri barədə geniş izahat verilib. Eyni zamanda fənləri tədris edəcək müəllim heyəti tələbələrə tanıdılıb, onların akademik istiqamətləri barədə məlumat verilib.

Görüşdə seçmə fənlərin aktuallığı, ixtisas hazırlığında rolu və praktiki əhəmiyyəti xüsusi vurğulanıb. Tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tələbələrə seçimin həyata keçirilməsi üçün müvafiq blanklar təqdim olunub.