ADU tələbəsinin iştirak etdiyi “İnsan səsi” tamaşası “Pillə 4” festivalında qalib olub
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq (BMR) fakültəsinin tələbəsinin iştirak etdiyi “İnsan səsi” tamaşası “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalında uğur qazanıb. Tamaşa festival çərçivəsində “İlin ən yaxşı tamaşası” nominasiyası üzrə 1 ci yerə layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru Əsmər Həbiblidir. Tamaşada qadın obrazını Ruqiyyə Nəsirova, kişi rolunu isə Cəlal Səmədov canlandırıb.
Qeyd edək ki, “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı artıq dördüncü ildir keçirilir. Festivalın mükafatlandırma mərasimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutub. Həmçinin qeyd edək ki, 2025-ci ildə Ruqiyyə Nəsirova həmin festivalda “ Arşın mal alan” tamaşasında “ Gülçöhrə” obrazına görə “Ən yaxşı qadın” mükafatına layiq görülüb.









