XƏBƏRLƏR

ADU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şifahi tərcümə müsabiqəsi keçirilib

12 may, 2026

Mayın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin Roman və German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedralarının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş  ənənəvi şifahi tərcümə müsabiqəsi keçirilib.

Müsabiqədə müxtəlif dillər üzrə —ingilis, fransız, alman, ispan və italyan dillərində təhsil alan tələbələr iştirak ediblər. Müsabiqə zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevə  həmçinin şəhərsalma və memarlıq mövzusuna aid tərcümələr edərək həm dil biliklərini, həm də peşəkar tərcümə bacarıqlarını uğurla nümayiş etdiriblər.

Müsabiqənin sonunda münsiflər heyətinin qərarına əsasən Nigar Məmmədova, İnarə Əliyeva, Emiliya Qurbanova, Sənan Əsgərov, Əliyeva Zeynab və Məmmədov Hüdeyn  müvafiq dillər üzrə birinci yerə layiq görülmüş, qaliblər və digər iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar.