XƏBƏRLƏR

 "Yaponiyanın turizm ehtiyatları və onlardan istifadə imkanları"  adlı yeni dərs vəsaiti nəşr olunub

07 may, 2026

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Şəhla Xələfovanın "Yaponiyanın turizm ehtiyatları və onlardan istifadə imkanları" adlı dərs vəsaiti işıq üzü görüb.

Yeni nəşrdə Yaponiyanın zəngin turizm potensialı, ölkənin tarixi-mədəni irsi, təbii ehtiyatları, milli ənənələri və müasir turizm infrastrukturu geniş şəkildə təhlil olunur. Dərs vəsaitində həmçinin Yaponiyada turizm sənayesinin inkişaf istiqamətləri, turizm ehtiyatlarından səmərəli istifadə imkanları və bu sahədə beynəlxalq təcrübə barədə ətraflı məlumat təqdim edilir.

Vəsait regionşünaslıq, turizm və şərqşünaslıq sahəsində təhsil alan tələbələr, magistrantlar və tədqiqatçılar üçün faydalı elmi mənbə olmaqla yanaşı, Yaponiyanın turizm modeli ilə maraqlanan oxucular üçün də əhəmiyyətli vəsait hesab olunur.

Qeyd edək ki, kitab ali təhsil müəssisələrində tədris prosesində istifadə məqsədilə hazırlanıb və tələbələrin nəzəri biliklərinin artırılmasına xidmət edir.

Yaponiyanın turizm imkanlarının elmi aspektdən araşdırıldığı bu nəşr, müəllifin uzunmüddətli elmi-pedaqoji fəaliyyətinin növbəti uğurlu nəticələrindən biridir.

Müəllifi təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.