ADU-da seçmə fənlərin onlayn təqdimatı keçirilib
Aprelin 30-da Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının təşkilatçılığı ilə seçmə fənlərin təqdimatına həsr olunmuş onlayn sessiya keçirilib.
Sessiyada kafedranın professor-müəllim heyəti ilə yanaşı, I, II və III kurs tələbələri iştirak ediblər. Tədbirin əsas məqsədi tələbələri növbəti tədris ili üçün nəzərdə tutulmuş seçmə fənlər barədə məlumatlandırmaq olub.
I kurs tələbələri üçün (II kursda tədris olunacaq) seçmə fənlər:
I semestr: “Azərbaycan mədəniyyəti və incəsənəti” və alternativ olaraq “Azərbaycan mədəniyyəti və mədəni irsi”, “Azərbaycanda mədəni irsin mühafizəsi”;
II semestr: “İxtisas ölkəsində sosial təhlükəsizlik və sosial müdafiə” və alternativ olaraq “İxtisas ölkəsində sosial işin təşkili”, “İxtisas ölkəsində sosial siyasətin tarixi”.
II kurs tələbələri üçün (III kursda tədris olunacaq) seçmə fənlər:
I semestr: “İxtisas ölkəsində din” və alternativ olaraq “İxtisas ölkəsində dini tolerantlıq”, “İxtisas ölkəsində dinlərarası münasibətlər”;
II semestr: “İxtisas ölkəsində media” və alternativ olaraq “İxtisas ölkəsində informasiya siyasəti”, “İxtisas ölkəsində KİV tarixi”;
əlavə olaraq “İxtisas ölkəsində turizm” və alternativ olaraq “İxtisas ölkəsində ekoturizmin inkişaf xüsusiyyətləri”, “İxtisas ölkəsində tarixi və rekreasiya turizmi”.
III kurs tələbələri üçün (IV kursda tədris olunacaq) seçmə fənlər:
I semestr: “İxtisas ölkəsində gender problemləri” və alternativ olaraq “İxtisas ölkəsində genderologiyanın tarixi”, “İxtisas ölkəsində genderin davamlı inkişafı”.
Qeyd olunan fənlər üzrə kafedranın müəllimləri – dos. Gülnar Hacıyeva, b/m Aygün Soltanzadə, Aysel Kərimova, Nigar Dünyamalılı, Nailə Məmmədova və Kəmalə Məmmədova tərəfindən xüsusi təqdimatlar hazırlanıb. Təqdimatlar 30 aprel tarixində TEAMS platforması vasitəsilə keçirilib.
Eyni zamanda kafedra tərəfindən sorğu blankları hazırlanıb. Yaxın həftə ərzində həmin blanklar tələbələrə təqdim olunacaq və onlar öz seçmə fənlərini müəyyən edəcəklər.















