ADU müəlliminin məqaləsi beynəlxalq jurnalda dərc olunub
29 aprel, 2026
Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimi Kifayət Mənsimovanın (digər müəlliflərlə birlikdə) “Azərbaycan ali təhsilində generativ süni intellekt” adlı məqaləsi European Journal of STEM Education jurnalında dərc olunub.
Tədqiqat Azərbaycanda ali təhsil mühitində generativ süni intellektin tətbiqi və müəllimlərin bu texnologiyaya münasibətinə dair mühüm nəticələri əhatə edir.
Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.
https://www.lectitopublishing.nl/Article/Detail/faculty-perceptions-of-generative-ai-in-azerbaijani-higher-education-18310

