XƏBƏRLƏR

ADU əməkdaşları Bakı Yunus Emre İnstitutunda keçirilən elmi tədbirdə iştirak ediblər

15 aprel, 2026


 Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri Cəlal İbrahimli və Mərkəzin əməkdaşı Türkan Cəfərova Filologiya fakültəsinin tələbələri ilə birlikdə Bakı Yunus Emre İnstitutunda keçirilən “Bir Devir Üç Veli: Ahi Evren, Hacı Bektaş Veli, Yunus Emre” adlı tədbirdə iştirak ediblər.

 Tədbirdə əsas məruzəçi qismində çıxış edən professor Haşim Şahin Ahi Evren, Hacı Bektaş Veli və Yunus Emre kimi görkəmli şəxsiyyətlərin Türk düşüncə tarixi, təsəvvüf ənənəsi və mədəni-mənəvi irsdəki rolunu geniş şəkildə təqdim edib.

 Tədbir çərçivəsində çıxış edən Cəlal İbrahimli qeyd edib ki, Ahi Evren, Hacı Bektaş Veli və Yunus Emre kimi mütəfəkkirlər Türk dünyasının milli-mənəvi və əxlaqi düşüncə sisteminin formalaşmasında mühüm rol oynayıb. O, bu irsin bu gün də gənc nəsil üçün dəyərli mənəvi istiqamət olduğunu vurğulayıb.

 Cəlal İbrahimli, eyni zamanda, bu cür elmi tədbirlərin tələbələrin akademik dünyagörüşünün genişlənməsinə və Türk mədəni irsinin daha dərindən mənimsənilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.