BSU rektoru Anar Nağıyev Kamal Abdullaya təbrik məktubu ünvanlayıb
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan Dillər Universitetinin "Quacquarelli Symonds" (QS) Beynəlxalq Reytinq Agentliyinin 2026-cı il fənn sahələri üzrə dünya universitetlərinin reytinqində yüksək nəticələr əldə etməsi münasibətilə universitet rəhbərliyi və kollektivi səmimi şəkildə təbrik olunur.
Qeyd edilir ki, ADU-nun "Müasir dillər" proqramı üzrə dünyanın ən yaxşı 151–200 universiteti sırasında yer alması, həmçinin "Linqvistika" proqramı üzrə ilk dəfə iştirak edərək 251–300-cü mövqedə qərarlaşması ali təhsil müəssisəsinin beynəlxalq akademik nüfuzunun və elmi-tədqiqat potensialının göstəricisidir.
Bu uğur Azərbaycanın ali təhsil sisteminin qlobal akademik məkanda mövqeyinin möhkəmlənməsinə, eləcə də dil və humanitar elmlər sahəsində ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.
Anar Nağıyev ADU-nun gələcəkdə də əldə etdiyi nailiyyətləri daha da inkişaf etdirərək beynəlxalq reytinqlərdə mövqeyini yüksəldəcəyinə əminliyini ifadə edir, universitet kollektivinə möhkəm cansağlığı, yeni uğurlar və davamlı nailiyyətlər arzulayır.