ADU əməkdaşının elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən tanınıb
01 aprel, 2026
Azərbaycan Dillər Universitetinin Strateji inkişaf və planlama şöbəsinin mütəxəssisi, eyni zamanda Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının müəllimi Səxavət Nəciyevin xaricdə əldə etdiyi elmi dərəcə Azərbaycanda tanınıb.
Onun Türkiyə Respublikasının İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda 5720.01 – Jurnalistika ixtisası üzrə, siyasi elmlər sahəsində əldə etdiyi fəlsəfə doktoru Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.03.2026-cı il tarixli qərarı ilə elmi dərəcəyə ekvivalent sayılaraq ölkəmizdə tanınıb.
Səxavət Nəciyevi təbrik edir, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.