Roman dilləri kafedrası Novruz münasibətilə Hüseynağa Əmirovla görüşüb
Azərbaycan Dillər Universitetinin Roman dillərinin Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri, dosent Ülfət İbrahim və bir neçə əməkdaşı kafedranın sabiq ustad müəllimi Hüseynağa Əmirovla Novruz bayramı münasibətilə görüşüblər.
Görüş zamanı müəllimlər kafedranın sabiq rəhbərinin universitetdə elmi-pedaqoji fəaliyyətindən, roman dillərinin tədrisi və inkişafı istiqamətində göstərdiyi böyük xidmətlərindən söz açıblar.
Qeyd edək ki, çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifi Hüseynağa Əmirov uzun illər ərzində tələbələrin və gənc müəllimlərin yetişməsində, kafedranın elmi və metodiki fəaliyyətinin formalaşmasında mühüm rol oynamışdır.
Görüş zamanı müəllimlər universitet həyatına, tədris prosesinə və kafedranın gələcək planlarına dair fikir mübadiləsi aparıb, xatirələrini bölüşüblər.
Hüseynağa Əmirov diqqət və qayğıya görə həmkarlarına təşəkkür edib, universitet kollektivinə və gənc müəllimlərə uğurlar arzulayıb.

