ADU-da “Keys metodu” mövzusunda seminar keçirilib
Fevralın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Doktorantura şöbəsi və İngilis və fransız dilləri fakültəsinin İngilis dilinin tədrisi metodikası kafedrasının birgə təşkilatçılığı ilə “Keys metodu (Case study) ilə ingilis dili dərslərində kommunikativ bacarıqların inkişafı” mövzusunda seminar keçirilib.
Seminarda kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Hüseynova Səbinə Əlövsət qızı təlimçi qismində çıxış edib.
Tədbirdə ADU-nun professor-müəllim heyəti və doktorantları iştirak ediblər. Seminar çərçivəsində “Keys metodu”nun tətbiqi imkanları müzakirə olunub, bu metodun şagirdlərin tənqidi düşünmə bacarığının, lüğət ehtiyatının və dil strukturlarından düzgün istifadə bacarığının inkişafına, həmçinin komanda ilə işləmə və təqdimat bacarıqlarının formalaşmasına töhfəsi barədə fikir mübadiləsi aparılıb.





