ADU müəllimləri beynəlxalq müəllim-tələbə mübadiləsi proqramını uğurla başa çatdırıb
Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının baş müəllim Şəfiqə Tahirova və müəllim Türkan Ömərova Özbəkistan Dövlət Dünya Dilləri Universiteti ilə həyata keçirilən müəllim-tələbə mübadiləsi proqramı çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlərini uğurla başa çatdırıblar.
Onlar universitetlər arasında mövcud əməkdaşlıq müqaviləsinə əsasən icra olunan proqram çərçivəsində beynəlxalq təcrübə qazanmış, elmi-pedaqoji fəaliyyətini genişləndirmiş və ölkəmizi layiqincə təmsil ediblər. Mübadilə proqramı müddətində onlar tədris və elmi fəaliyyətlə yanaşı, akademik əməkdaşlığın inkişafına töhfə verən müxtəlif görüş və tədbirlərdə iştirak ediblər.
Şəfiqə Tahirova və Türkan Ömərova proqramın sonunda Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin rektoru tərəfindən təşəkkürnamə ilə təltif olunublar.




















