“Etrusk mətnlərinin deşifrəsi” adlı elmi seminar keçirilib
24 oktyabr, 2025
Oktyabrın 21-də Ümumi dilçilik kafedrasının professoru Çingiz Qaraşarlının “Etrusk mətnlərinin deşifrəsi” adlı elmi seminarı keçirilib. Məruzəçi çıxış zamanı etrusk mətnlərini araşdırmasından, bu mətnlərin kökündə yunan mifologiyasına söykənən dil faktlarını tədqiq etməsini və bu dilin qədim çuvaş dilindən qaynaqlandığını xüsusi olaraq vurğulayıb.
Məruzəçi hesab edir ki, etrusklar İtaliya ərazisinə Qərbdən gəlmədir və müxtəlif etnoslar türkləri-trukka, truska, trukki adlandırır.
Tədqiqat dilin mahiyyətinin başa düşülməsinə yönəlmiş çox əhəmiyyətli töhfədir.

