XƏBƏRLƏR

ADU-nun müəllimləri beynəlxalq konqresdə iştirak ediblər

24 noyabr, 2025

 

Azərbaycan Dillər Universitetinin (ADU) Şərq Ölkələri üzrə Regionşünaslıq kafedrasının iki müəllimi onlayn formatda Qəhrəmanmaraş Universitetinin təşkilatçılığı ilə keçirilən Sosial və Humanitar Elmlər üzrə Beynəlxalq Akademik Konqresdə (International Social Sciences and Humanities Academy Congress) iştirak ediblər.
Konqresdə Təranə Quluzadə “The History and Lifestyle of Western Azerbaijanis Settling in Ordubad”, Şəfəq Mustafayeva isə “Japanese Educational Principles Encompassing Social, Ethical and Academic Development” mövzularında məqalələrlə çıxış ediblər.
Təranə Quluzadə təqdim etdiyi məqalədə Qərbi azərbaycanlıların Ordubad rayonunda məskunlaşma tarixindən və məişət həyatından bəhs edib.
Şəfəq Mustafayeva isə məqaləsində yapon təhsil sisteminə dair yeni “Spiralvari Yuxarıya Doğru İnkişaf Modeli”ni təqdim edib. Sözügedən model Yapon təhsil sisteminin ənənəvi dəyərlərini müasir bilik və texnologiyalarla birləşdirərək sosial, etik və akademik inkişafı inteqrativ yanaşma çərçivəsində nəzərə alır.
Konqresin sonunda iştirakçı müəllimlərə sertifikatlar təqdim olunub, məqalələri isə nəşr üçün qəbul edilib.