XƏBƏRLƏR

ADU-nun müəllimləri “Özbəkistanın milli irsi” tədbirində iştirak ediblər

16 dekabr, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimləri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Şəfiqə Tahirova və müəllim Türkan Ömərova Özbəkistan Dövlət Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən “Özbəkistanın milli irsi” adlı mədəni-maarifləndirici tədbirdə iştirak ediblər.

Tədbirin əsas məqsədi Özbəkistanın zəngin tarixi, mədəniyyəti və milli dəyərlərinin tanıdılması olub. Proqram çərçivəsində ölkənin tarixi şəhərləri olan Səmərqənd və Buxara şəhərlərində silsilə tədbirlər keçirilib. İştirakçılar bu şəhərlərdə tarixi abidələr, memarlıq nümunələri, muzeylər və milli irsi əks etdirən mədəni məkanlarla yaxından tanış olublar.

Eyni zamanda milli musiqi, ənənəvi sənətkarlıq nümunələri və xalq adət-ənənələrinə həsr olunmuş təqdimatlar təşkil edilib.

Keçirilən tədbir iştirakçılarda Özbəkistanın milli irsinə marağın artmasına, mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyinin vurğulanmasına mühüm töhfə verib.