XƏBƏRLƏR

ADU tələbələri “İstiqlal” Muzeyinə ekskursiya edib

06 noyabr, 2025

 

Noyabrın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının dosenti Gülnar Hacıyevanın təşkilatçılığı ilə Yaponiya ixtisası üzrə təhsil alan I kurs tələbələri “İstiqlal” Muzeyini ziyarət ediblər.

Ekskursiya zamanı tələbələr muzeyin müxtəlif bölmələri və sərgilənən eksponatlarla tanış olublar. Zəfər Günü ərəfəsində baş tutan bu ziyarət gənclərin vətənpərvərlik hisslərinin möhkəmləndirilməsində mühüm rol oynayıb.