Cəlal İbrahimli Ankarada KAFKASSAM-da səfərdə olub
Azərbaycan Dillər Universitetinin (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Ankarada Qafqaz Strateji Araşdırmalar Mərkəzini (KAFKASSAM) ziyarət edib.
Səfər çərçivəsində Cəlal İbrahimli Qafqaz Universitetinin rəhbəri prof. Həsən Oqtay, baş katib Şərəf Öz və İran tədqiqatları üzrə mütəxəssis Murad Cavlak ilə görüşüb.
Keçirilən görüşdə Qafqaz-Türk dünyası əlaqələrinin mövcud vəziyyəti, bölgədəki siyasi və mədəni inkişafların türk dünyasına təsirləri və birgə akademik layihələrin inkişafı müzakirə olunub.
Görüş zamanı Cəlal İbrahimli Qafqaz bölgəsi ilə bağlı müşahidələrini və Türk Dünyası görüşünə dair qiymətləndirmələrini bölüşüb.
İştirakçılar iki qurum arasında birgə tədqiqat layihələri, akademik əməkdaşlıqlar və mədəni tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.
Görüş Qafqazın türk dünyasında strateji rolu haqqında fikir mübadiləsi ilə başa çatıb.