XƏBƏRLƏR

Filoloqlar üçün CV və müsahibə hazırlığı seminarı təşkil olunub 

13 noyabr, 2025

 

Noyabrın 12-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində İngilis dili ədəbiyyatı və müəllimliyi ixtisası üzrə III və IV kurs tələbələri ilə görüş keçirilib.

Görüş zamanı CV-nin hazırlanması, iş müsahibələrinə hazırlıq, özünü təqdimetmə bacarıqları, işəgötürənlərdə müsbət təəssüratın formalaşdırılması və müəllimin bu prosesdə rolu mövzularında müzakirələr aparılıb.

Seminarı Landau Local Curriculum məktəbinin İngilis dili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Azər qızı Cavadova keçirib. Pərvanə Cavadova Azərbaycan Dillər Universitetinin məzunları üçün müvafiq ixtisaslar üzrə əmək bazarında fəaliyyət göstərən işəgötürənlərdən biridir.