ADU tələbələri “İstiqlal” Muzeyini ziyarət ediblər
Noyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Şəhla Xələfovanın təşkilatçılığı ilə I kurs tələbələri — 188-ci qrup (Afrikaşünaslıq), 189-cu qrup (Hindistanşünaslıq), 190-cı qrup (Pakistanşünaslıq) və 185-ci qrup (Türkiyəşünaslıq) tələbələri “İstiqlal” Muzeyini ziyarət ediblər.
Ekskursiya zamanı tələbələr muzeyin müxtəlif bölmələri ilə tanış olub, sərgilənən eksponatlar barədə ətraflı məlumat əldə ediblər. Muzeydə təqdim olunan tarixi nümunələr gənclərdə Azərbaycanın keçmişi, bu günü və gələcəyi haqqında dərin təəssürat yaradıb.
Zəfər Günü ərəfəsində təşkil olunan bu ziyarət tələbələrdə vətənpərvərlik hisslərinin möhkəmlənməsində mühüm rol oynayıb və onlarda xoş təəssürat yaradıb.













