XƏBƏRLƏR

Tələbələr Provaslav Kilsəsini ziyarət ediblər

04 noyabr, 2025

 

 

Azərbaycan Dillər Universitetinin (ADU) Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Ülviyyə Yaşarlı Norveçşünaslıq ixtisası üzrə təhsil alan 372-ci qrup tələbələri ilə birlikdə “Norveçdə din” fənni çərçivəsində Provaslav Kilsəsini ziyarət ediblər.

Ziyarət zamanı tələbələrə xristianlıqda mövcud məzhəb fərqləri, eləcə də provaslav məzhəbinin əsas xüsusiyyətləri və dini ənənələri barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, dinlərarası anlayışın və qarşılıqlı hörmətin əhəmiyyəti müzakirə olunub.