XƏBƏRLƏR

Tələbələr Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını ziyarət ediblər

29 oktyabr, 2025

Oktyabrın 28-də Azərbaycan Dillər Universitetinin Qərb ölkələri regionşünaslığı kafedrasının baş müəllimi Diana Hüseynzadə “Üzeyir Hacıbəyli – 140” festivalı çərçivəsində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 370R qrupunun tələbələri ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət edib.

Səfər zamanı tələbələr görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin yubileyinə həsr olunmuş konsert proqramı ilə böyük maraqla tanış olublar. Tədbir layihənin bədii rəhbəri, incəsənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina tərəfindən təşkil edilib.

Konsert proqramı müxtəlif incəsənət növlərinin sintezini özündə birləşdirərək musiqi, xoreoqrafiya, poeziya və nəsri ahəngdar şəkildə təqdim edib. Bu yaradıcı yanaşma iştirakçılara Azərbaycan milli musiqi məktəbinin mənəvi irsini və yaradıcılıq zənginliyini daha dərindən duymağa imkan yaradıb.