ADU-nun əməkdaşları Cambridge CELTA sertifikatına layiq görülüblər
28 oktyabr, 2025
Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin üslubiyyatı kafedrasının əməkdaşları, dosent Nigar Mədətova və Səbinə Nurəliyeva Cambridge Universitetinin beynəlxalq dərəcəli CELTA (Cambridge English Level 5 Certificate in Teaching English to Speakers of Other Languages) kursunu müvəffəqiyyətlə tamamlayıb, sertifikata layiq görülüblər.
CELTA proqramı tədris və öyrənmə prinsiplərinə əsaslanan, kommunikativ metodikanı rəhbər tutan, öyrədənlərdə dərslərin planlaşdırılması səriştəsini, öyrənənlərdə dinləmə, oxuma, danışma və yazma kimi dil bacarıqlarını, tədrisdə bacarıq və peşəkarlığı, dil təhlili və dil biliklərini inkişaf etdirən və beynəlxalq Cambridge mütəxəssisləri tərəfindən aparılan 120 saatlıq təlim kursudur.





