ADU-nun Regionşünaslıq kafedralarının müəllimləri beynəlxalq təlimdə iştirak ediblər
Oktyabrın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Qərb ölkələri üzrə Regionşünaslıq və Şərq ölkələri üzrə Regionşünaslıq kafedralarının müəllimləri TürkEdu fəaliyyət qrupunun təşkilatçılığı ilə keçirilən silsilə təlimlərdə iştirak edərək Uzmanlıq Bəlgesi qazanıblar.
“Kültürlərarası iletişim ve evrensel sınıf yöntemleri” adlı təlim Altınbaş Universitetinin təmsilçisi Dr. Duygu Kotan Türkdən tərəfindən Azərbaycan Texniki Universitetində keçirilib. Təlim yeni nəsilin formalaşdığı mühitdə müasir metodların tətbiqi ilə bağlı mühüm məlumatları iştirakçılara təqdim edib.
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasından b/m. Şəfa Əbdürrəhimova, b/m. Xəyalə Ağayeva, dos. Günay Məmmədova, b/m. Sevinç Qurbanova, b/m. Ülviyyə Hüseynova, m. Mehparə Tajdehibonab, m. Sara Ələsgərova, m. Lalə Xanseyidova, m. Ülviyyə Yaşarlı, m. Aygün Seyidova və m. Aytən Xanlarova, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasından isə dos. Rəna Rəcəbli, b/m. Fidan Ələsgərova və m. Günay Feyziyeva təlimdə iştirak ediblər.



