Lalə Məmmədova BMT-nin dəstəklədiyi beynəlxalq kursu uğurla başa vurub
Azərbaycan Dillər Universitetinin (ADU) Muzey müdiri Lalə Məmmədova 1 oktyabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi və insan hüquqları mövzusunda təşkil etdiyi beynəlxalq onlayn kursu uğurla başa vuraraq sertifikat əldə edib.
“An Introduction to Climate Change and Human Rights” adlı kurs BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR), Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən dəstəklənib.
Lalə Məmmədovanın bu uğuru ADU-nun beynəlxalq əməkdaşlıq sahəsində mövqeyinin daha da möhkəmlənməsinə, eləcə də universitetin dayanıqlı inkişaf, qlobal çağırışlara uyğunlaşma, ekoloji maarifləndirmə və insan hüquqlarının müdafiəsi istiqamətində təşəbbüslərinin genişlənməsinə mühüm töhfədir.