XƏBƏRLƏR

ADU təkrar ali təhsilə qəbul elan edir

25 iyul, 2025

Azərbaycan Dillər Universitetinin Əlavə təhsil, təcrübə və karyera  şöbəsi tərəfindən aşağıdakı ixstisaslar üzrə təkrar ali təhsilə qəbul elan edir.

İxtisaslar:

· Filologiya (dil və ədəbiyyatı göstərməklə)

· Tərcümə (dillər üzrə)

· Jurnalistika (tədris ingilis dilində)

· Beynəlxalq münasibətlər (tədris ingilis dilində)

· Regionşünaslıq (regionlar üzrə)

Qəbul şərtləri:

· 18 yaşdan yuxarı yalnız ali təhsili olan (bakalavr) şəxslər

· Təkrar təhsil mümkün deyil (yəni oxuduğu təhsilin təkrarı mumkün deyil)

· Universitet daxili imtahan və ya müsahibə əsasında

· Şəxsi kabinet yaradaraq ( portal.edu.az ) saytından qeydiyyatdan keçilməlidir

Dərslər:

Həftədə 5 gün əyani formada təşkil olunur

Tədris müddəti:

4 ilədək təhsil.Ödənişli əsaslarla

Təhsil müddəti başa çatdıqdan sonra ADU nun rəsmi diplomu təqdim olunacaq.

Ərizə qəbulu:

25 may - 30 avqust

Əlaqə:

Tel.0125642248

Mob-0555020251

[email protected]