XƏBƏRLƏR

ADU-nun tələbələri muzeylərə ekskursiya ediblər

20 may, 2025

 

Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan, Saleh Poladi adına 159 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən tələbələr Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə və Azərbaycan Dövlət Tarix Muzeyinə ekskursiya ediblər.

Ekskursiya “Pedaqogika” fənnini tədris edən Pedaqogika kafedrasının baş müəllimi Təranə Əliyevanın rəhbərliyi ilə təşkil olunub.

Ekskursiya zamanı tələbələr ev muzeyində nümayiş etdirilən yeni eksponatlarla tanış olub, bələdçi tərəfindən ətraflı məlumatlandırılıblar. Daha sonra Azərbaycan Dövlət Tarix Muzeyində ölkəmizin qədim dövrlərdən müasir dövrə qədər olan tarixini əks etdirən eksponatlar tələbələrin diqqətinə təqdim olunub.

Təcrübəçi tələbələr üçün maarifləndirici xarakter daşıyan bu ekskursiya onların pedaqoji və mədəni biliklərinin inkişafına töhfə verib.