ADU tələbələri Chenille Fashion School-a ekskursiyada iştirak ediblər
12 may, 2025

Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Fashion klubun təşkilatçılığı ilə Chenille Fashion School-a ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində tələbələr Chenille Fashion School-un təsisçisi Könül Quliyeva ilə görüşüblər. Könül Quliyeva tələbələrlə öz uğur hekayəsini bölüşərək, modanın inkişaf istiqamətləri və bu sahədə mövcud imkanlar barədə ətraflı məlumat verib.
Tədbirin davamında keçirilən master-klass zamanı iştirakçılar öz yaradıcılıq bacarıqlarını nümayiş etdirərək müxtəlif geyim eskizləri və dizayn nümunələri hazırlayıblar.
Sonda isə tələbələrin moda və dizayn sahəsi ilə bağlı sualları cavablandırılıb, onlara gələcək karyera imkanları barədə dəyərli tövsiyələr verilib.







