XƏBƏRLƏR

ICATES 2025 – Beynəlxalq konfransa dəvət edirik

24 aprel, 2025

 

Hörmətli həmkarlar!

 

Sizi 1–4 may 2025-ci il tarixlərində Türkiyənin Trabzon şəhərində yerləşən “Anemon Kent Trabzon” otelində keçiriləcək ICATES 2025 – Texnologiya, təhsil və elmdə nailiyyətlər üzrə II Beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.

Tədbir Elm, Texnologiya və Təhsildə Akademik Tədqiqatlar üzrə Beynəlxalq Cəmiyyət (ARSTE) tərəfindən təşkil olunur. Konfrans əyani və onlayn formatlarda keçiriləcək.

Vacib qeydlər:

Rəy prosesi tamamlandıqdan sonra məqalələr ISBN-li materiallar kitabında çap olunacaq.

Virtual iştirakçılara sertifikat, eləcə də proqram, tezis və materiallar kitabları rəqəmsal formada təqdim olunacaq.

Bütün iştirakçılar üçün 1, 2 və 3 may tarixlərində – 3 gecəlik, iki nəfərlik otaqda pulsuz yaşayış təmin olunacaq.

Əyani iştirak üçün iştirak haqqı – 500 avro.

 

 

Əlaqə və qeydiyyat:

Elektron poçt: [email protected]

Veb-sayt: https://www.arste.org/icates/2025/

 

Sizi bu elmi platformada görməkdən məmnun olarıq!