Macarıstanda Yay Təqaüd Proqramı – Balassi Yay Universiteti 2025

Macar dili və mədəniyyəti ilə maraqlananlar üçün əla imkan!
Budapeştdə keçiriləcək 4 həftəlik intensiv yay məktəbində iştirak etmək üçün təqaüd proqramına müraciətlər qəbul olunur.
Proqramın məqsədi:
İştirakçıların macar dili biliklərini inkişaf etdirmək və Macarıstanın mədəniyyəti ilə yaxından tanış olmalarını təmin etmək.
Proqramın müddəti:
14 iyul – 8 avqust 2025 (4 həftə)
Proqramda nə var:
80 saat macar dili dərsi
40 saat hungarologiya dərsi və sahə araşdırmaları
Macar ədəbiyyatı, tarixi, coğrafiyası, kino və mədəniyyət tarixi üzrə mühazirələr
Muzey ziyarətləri, ekskursiyalar və mədəni tədbirlər
Sertifikatlı imtahan
Kimlər müraciət edə bilər:
18 yaşdan yuxarı, macar və ya qeyri-macar mənşəli şəxslər
Macar mədəniyyəti ilə bağlı fəaliyyəti olanlara üstünlük verilir
Təqaüd yerləri: Maksimum 60 nəfər
Son müraciət tarixi:
29 aprel 2025, saat 24:00 (UTC+1)
Ərizə və ətraflı məlumat üçün:
Əlaqə:
Ms Veronika Für
E-mail: [email protected]
Telefon: +36 70 684 5209