XƏBƏRLƏR

Xalq artisti Mənsum İbrahimovun görüşü keçiriləcək

08 aprel, 2025

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Xalq artisti, Şöhrət və Şərəf ordenli professor, Azərbaycan Milli Konservatoriyasının Muğam (Xanəndə) kafedrasının müdiri Mənsum İbrahimovla görüş keçiriləcək.

Tədbir 9 aprel 2025-ci il tarixində saat 16:00-da universitetin əsas binasında – Rəşid Behbudov küçəsi 134 ünvanında AKT zalında baş tutacaq.

Tədbir universitetin tələbələri və müəllim heyəti üçün açıqdır. Muğam sənətinə marağı olan hər kəs tədbirə dəvətlidir.