XƏBƏRLƏR

ESSE MÜSABİQƏSİ

02 aprel, 2025

23 aprel 2025-cü il tarixində   İngilis və Alman dilləri   fakültəsi  İngilis və Fransız dilləri fakültəsi ilə birgə  Azərbaycan Dillər Universitetinin Həmkarlar  İttifaqı  Komitəsinin dəstəyi ilə  ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN anadan olmasının 102-ci  ildönümü  ərəfəsində "Konstitusiya və Suverenlik İli"ilə bağlı tədbirlər planına uyğun İngilis və Alman dilləri    və İngilis və Fransız dilləri fakültəsinin II-III  kurs tələbələri arasında ingilis dilində  ESSE YAZI MÜSABİQƏSİ keçirəcək.

Müsabiqənin məqsədi:

Azəbaycanın müasir dövrünün memarı Heydər Əliyev siyasi irsinin gələcək nəsillərə aşılanması, eyni zamanda gənclərin Heydər Əliyev haqqında fikir və təfəkkürlərinin genişləndirilməsi, ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, dövlət müstəqiliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yolu barədə biliklərinin artırılmasıdır.

Mövzu istiqamətləri 

  1. Heydər Əliyevin gənclər siyasətinin əsas istiqamətləri- Heydar Aliyev and the directions of his youth policy.

  2. Suverenliyi təmin edən Zəfər Yolu –The victory in Karabakh war-a path to complete restoration of sovereignty

  3.Heydər Əliyev- siyasi liderdən əfsanəvi Ümummilli  liderə  yüksələn  tarixi şəxsiyyət- How a politician becomes a legendary national leader

Müsabiqənin təsviri:

Təyin olunmuş bir saat ərzində tələbələrə təqdim olunacaq, yuxarıdakı istiqamələri əhatə edən altı  mövzudan biri haqqında (II kurs tələbələri  təxminən 200 – 250 sözdən , III kurs  tələbələri 250-300 sözdən ibarət) esse  yazmalıdırlar.

Esse yazılarının yoxlanmasında  şəffaflığın təmin edilməsi üçün tələbələrin işləri xüsusi komissiya tərəfindən kodlaşdırılandan sonra yoxlama komissiyası tərəfindən qiymətləndiriləcək.

Seçilmiş namizədlərə  diplom və sertifikatlar təqdim olunacaq.

Qeydiyyat üçün   Ingilis ə Alman dilləri fakültəsinin tələbələri  ad, soyad,qrup nömrələrini mulayimbagirova@gmail.com ünvanına, İngilis və Fransız dilləri fakültəsinin tələbələri isə   hasanzadehkonul@gmail.com ünvanına göndərməlidirlər.

Qeydiyyat üçün son tarıx- 20 aprel, 2025.