XƏBƏRLƏR

VIII BEYNƏLXALQ ELMİ KONFRANS "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası"

23 mart, 2025

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş

"Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası"

VIII Beynəlxalq Elmi Konfrans

Tarix: 6 may 2025-ci il

Məkan: Azərbaycan Dillər Universiteti

Konfransın istiqamətləri:

Heydər Əliyev – Azərbaycan Konstitusiyası və suverenliyi

Qloballaşan dünyada dillərin və mədəniyyətlərin dialoqu

Qloballaşan dünyada xarici dillərin rolu

Müasir beynəlxalq münasibətlər və multikulturalizm

Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus, türk.

Tezislərin göndərilmə tarixi: Son tarix – 1 aprel 2025-ci il

Tezislərin tərtib qaydaları:

Başlıq – ortada, qara, iri şriftlə yazılmalıdır.

Müəllifin məlumatları – adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd edilməlidir.

Mətn formatı:

• Həcm: 3 səhifəyə qədər (A4 formatı)

• Şrift: Times New Roman, 12 pt

• Sətirlərarası interval: 1.5

• Kənar boşluqlar: 2 sm

• Açar sözlər: Azərbaycan, ingilis və rus dillərində (3-5 söz)

 

• İstinadlar: [1] və ya [1. s.119] formatında qeyd edilməlidir.

Qeyd: Tezislər antiplagiat sistemində yoxlanıldıqdan və təşkilat komitəsinin müsbət rəyindən sonra qəbul ediləcəkdir.

 

Əlaqə:

Telefon: (+994 12) 441 22 78 (daxili 257), (+994 77) 757 97 00

E-mail: [email protected]