Daun sindromlu uşaqlar üçün xüsusi təşəbbüs

21 Mart – Ümumdünya Daun Sindromlu Şəxslər Günü münasibətilə Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi p.f.d. Samirə Həsənova və Ayşən Məmmədovanın təşəbbüsü, ADU-nun Magistratura şöbəsinin müdiri dos. F. Rzayevanın təşkilatçılığı ilə Daun sindromlu uşaqlar üçün ödənişsiz diaqnostika və konsultasiya xidməti təşkil olunacaq.
Qeydiyyat tarixi: 21-31 mart
Diaqnostika və konsultasiya tarixi: 1 aprel
Qeydiyyat mütləqdir!
Bu təşəbbüs, Daun sindromu haqqında məlumatlılığı artırmaq və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək məqsədi daşıyır. Ümumdünya Daun Sindromu Günü 2007-ci ildən etibarən hər il 21 mart tarixində qeyd olunur.
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə saxlayın:
+994705666222
Hər bir uşağın sağlam gələcəyi üçün birlikdə dəstək olaq!